Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Eskişehir °C

Aktau şəhərində Azərbaycan Gənclər Günü qeyd edilib

Aktau şəhərində Azərbaycan Gənclər Günü qeyd edilib
REKLAM ALANI
03.02.2024
A+
A-

 

 

Aktau şəhərində Azərbaycan Gənclər Günü qeyd edilib

, 2024

 

 

 

Aktau şəhərində Azərbaycan Gənclər Günü qeyd edilib

 

 

 

 

Qazaxıstanın Aktau şəhərində 2 fevral – Azərbaycan Gənclər Günü münasibətilə “Gənclər millətin gələcəyidir” adlı tədbir keçirilib.

 

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Azərbaycan Mərkəzi” İctimai Fondunun və Azərbaycanın Aktaudakı Baş konsulluğunun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə yerli dövlət orqanlarının rəsmi şəxsləri, Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan və İranın Aktaudakı Baş konsulları, Qazaxıstan Xalqı Assambleyasının, müxtəlif icmaların nümayəndələri və Azərbaycandan gələn qonaqlar iştirak ediblər.

 

 

 

 

“Azərbaycan Mərkəzi” İctimai Fondunun direktoru İlkin Orucovun moderatorluğu ilə aparılan tədbirdə Azərbaycanın Aktaudakı Baş konsulu Elçin Məmmədov, Mangistau vilayəti Ağsaqqallar Şurasının sədri Onaybek Abdilov, Magistau vilayəti gənclər siyasəti məsələləri üzrə idarənin rəhbəri Mukaş Oralbay, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Billurə Ələkbərova, TİKA-nın Qafqaz və Mərkəzi Asiya üzrə şöbə müdiri Ali Özgür Öztürk çıxış ediblər. Onlar azərbaycanlı gəncləri bu əlamətdar gün münasibətilə təbrik edib, xoş arzularını bildiriblər. Azərbaycanlı gənclərin Qazaxıstanın ictimai-siyasi həyatında fəal iştirakı yüksək qiymətləndirilib.

 

 

 

Nəzərə çatdırılıb ki, müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin əsası görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasətin inkişaf istiqamətləri Prezident İlham Əliyev tərəfindən daha da təkmilləşdirilib. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynayıb. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yüksək vətənpərvərlik ruhunda yetişən gənclər yerinə yetiriblər.

 

 

 

Tədbirin rəsmi hissəsi ötən il ərzində xalqlarımız arasında ikitərəfli regional münasibətlərin möhkəmlənməsi istiqamətində fəallıq göstərən gənclərə fəxri fərmanların, Diasporla İş üzrə Dövlət Komitəsi adından fondun direktoru İlkin Orucova təşəkkürnamənin təqdim edilməsi, “Azərbaycan Mərkəzi” İctimai Fondu və Qazaxıstan gəncləri adından ölkəmizdə keçiriləcək 7 fevral 2024-cü il tarixli növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanatın qəbul edilməsi ilə yekunlaşıb.

 

 

 

Bədii hissədə Azərbaycan və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova, Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti, saz ifaçısı Aqşin Tariyeloğlu rəngarəng konsert proqramı ilə çıxış ediblər.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/aktau-seherinde-azerbaycan-gencler-gunu-qeyd-edilib-4159

 

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.