Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Eskişehir °C

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının IV qurultayı keçirilib

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının IV qurultayı keçirilib
REKLAM ALANI
12.05.2023
A+
A-

 

 

 

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının IV qurultayı keçirilib
, 2023
“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının IV qurultayı keçirilib
İsrailin Rişon le-Sion şəhərində “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının IV qurultayı keçirilib.

“Beyt-a-Am” Mədəniyyət Mərkəzində baş tutan tədbirdə “Azİz”in İsrail üzrə nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK), ölkənin siyasi, mədəni elitasının təmsilçiləri və media mənsubları iştirak ediblər.

Qurultay iştirakçıları Mark Aqarunov və Salman Rabayevin rəhbərlik etdiyi “Sevgi” ansamblının ifasında ecazkar Azərbaycan musiqisi ilə qarşılanıb.

Qurultay öz işinə İsrail və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Assosiasiyanın Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman II Dünya müharibəsi zamanı alman faşizmi üzərində qazanılmış qələbə münsibətilə qurultay iştirakçılarını təbrik edib. Həmin illərdə Azərbaycanın 600 mindən çox oğul və qızının cəbhəyə yollandığını xatırladıb, Azərbaycan nefti olmadan qələbənin qeyri-mümkünlüyünü qeyd edib.

Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun qurultay iştirakçılarına ünvanladığı müraciəti səsləndirilib. Komitə sədri İsrail-Azərbaycan əlaqələrinin inkişafında, Azərbaycan mədəniyyəti və Azərbaycan həqiqətlərinin İsraildə təbliği istiqamətində Assosiasiyanın həyata keçirdiyi layihələri yüksək dəyərləndirib, “Azİz”in prezidenti Lev Spivaka səmərəli fəaliyyətinə görə təşəkkürünü bildirib, qurultayın işinə uğurlar arzu edib. Nəzərə çatdırıb ki, “Azİz”in fəaliyyəti Azərbaycan və İsrail arasında dostluq əlaqələrinin inkişafına, o cümlədən Azərbaycan tarixinin, mədəniyyətinin, adət-ənənələrinin İsraildə təbliğinə böyük töhfə olub. 16 ildir qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərən Assosiasiya yüzlərlə mədəniyyət tədbirlərin təşkili, müxtəlif kitabların nəşri, uşaqlar üçün festivalların keçirilməsi, İsrail və Azərbaycan cəmiyyətlərini vacib hadisələrlə bağlı məlumatlandırması işlərinin həyata keçirilməsində səylə çalışıb, Azərbaycanın İsraildə səfirliyinin olmadığı dövrlərdə dövlətlərarası əlaqələrin, müxtəlif sahələrdə əməkdaşlıqların qurulması və saxlanılmasında mühüm rol oynayıb.

Bildirilib ki, qurultay ərəfəsində təşkilatın İdarə Heyətinin üzvlərindən olan Kiryat Balik şəhər bölməsinin rəhbəri Sevin Hanukayev, Assosiasiyanın mətbuat-təbliğat işlərinə rəhbərlik etmiş Yuri Boçarov, eləcə də Assosiasiyanın təftiş komissiyasının rəhbəri Mixail Elioviç “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunublar.

Tədbir Assosiasiyanın qurultaylararası fəaliyyəti ilə bağlı hesabatlarının dinlənilməsi ilə davam edib.

Təşkilatın prezidenti Lev Spivak məruzəsində qeyd edib ki, hesabat dövrünün böyük hissəsi koronavirus pandemiyası dövrünə təsadüf edib. Bu səbəbdən təşkilat müəyyən müddət ərzində fəaliyyətini internet üzərindən davam etdirməli olub. Həmin dövrdə çoxlu sayda onlayn tədbirlərin, görüşlərin, bayram konsertlərinin, yaddaqalan ədəbi-bədii gecələrin təşkil edildiyini xatırladıb. 44 günlük Vətən müharibəsi dövründə isə pandemiya təhlükəsinə baxmayaraq, “Azİz”in təşkilatçılığı ilə Azərbaycan Ordusuna dəstək, erməni separatçılarına qarşı etiraz aksiyalarının keçirildiyini diqqətə çatdırıb.

“Azİz”in baş direktoru Şaul Siman-Tovun rəhbərliyi ilə “Azİz”in nəşriyyat fəaliyyətini xüsusi vurğulayan Lev Spivak xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə təşkilat tərəfindən ivrit dilində nəşr olunmuş “פורץ הדרך” (“Öndə gedən”) kitabını təqdim edib, bu mühüm və məsuliyyətli layihəni dəstəklədiyinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə və yaradılmış imkanlara görə “Vestnik Kavkaza” informasiya-analitik agentliyinin rəhbəri İsmayıl Ağakişiyevə təşəkkürünü bildirib.

Daha sonra Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən qısametrajlı sənədli film nümayiş etdirilib. Qeyd edilib ki, film bu yaxınlarda finalı keçirilmiş “Gözəl diyar Azərbaycan” uşaq yaradıcılıq festivalının laureatı Konstantin Vararu tərəfindən hazırlanıb.

Qurultayın sonunda “Azİz”in idarə heyətinə və rəhbər postlarına namizədlər irəli sürülüb. Səsvermədən sonra qurultay iştirakçıları Assosiasiyanın yeni tərkibini gurultulu alqışlarla təbrik ediblər.

Səsvermə nəticəsində Adam Amilov “Azİz”in yeni prezidenti, vitse-prezident vəzifələrinə Yeganə Salman, Səadət Şükürova və Viktoriya Dolinskaya seçiliblər.

“Azİz”in İdarə Heyətinin üzvləri – Yerusəlim şöbəsinin rəhbəri Aleksandr Aqranovski, Kiryat-Bialik şöbəsinin rəhbəri Sevin Xanukaev və Nərminə Ağasi öz ürək sözlərini ifadə ediblər.

“Azİz”in yeni prezidenti seçilmiş Adam Amilov yüksək etimada görə minnətdarlığını bildirib və təşkilatın əldə etdiyi nailiyyətlərin səviyyəsini daha da yüksək səviyyəyə qaldırmaq üçün var gücü ilə çalışacağını bildirib.

 

 

Qurultay bədii hissə ilə yekunlaşıb. Konsert proqramında tanınmış vokalçı Kameliya İoffe və skripkaçı Qəmər Kərimlinin ifasında Azərbaycanın klassik, xalq və estrada musiqisi səsləndirilib.

Qeyd edək ki, Adam Amilov 1966-cı ildə Azərbaycanın Quba rayonunun Qırmızı Qəsəbəsində anadan olub. 1996-cı ildə Kiryat Yam bələdiyyəsində təhsil üzrə koordinator vəzifəsini tutub. 2007-2011-ci illərdə “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının vitse-prezidenti, 2010-2011-ci ilərdə Volfson Fondu və Absorbsiya Nazirliyindən Qafqazdan olan yəhudi mühacirlərinin İsraildə icmasının təşviqi və inteqrasiyasına yönəlmiş “Tnufa” ümumisrail birgə layihəsinin rəhbəri, 2012-ci ildə Qafqaz Yəhudilərinin Ümumİsrail Assosiasiyasının baş direktoru, eləcə də Yəhudi Milli Fondunun Şimal bölgəsi üzrə koordinatoru vəzifələrində çalışıb. 2013-cü ildən İsrailin Kiryat Yam şəhərinin vitse-meri vəzifəsində çalışır.

FOTO QALEREYA

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/aziz-israil-azerbaycan-beynelxalq-assosiasiyasinin-iv-qurultayi-kecirilib-2932

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.