Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Eskişehir °C

Almaniyanın Köln şəhərində Azərbaycan icması ilə görüş

Almaniyanın Köln şəhərində Azərbaycan icması ilə görüş
REKLAM ALANI
20.03.2024
A+
A-

Almaniyanın Köln şəhərində Azərbaycan icması ilə görüş

2024

Almaniyanın Köln şəhərində Azərbaycan icması ilə görüş

 

 

 

 

Almaniyanın Köln şəhərində fəaliyyət göstərən Almaniya-Azərbaycan Mədəniyyət Evinin, Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin iştirakıyla martın 13-də Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfiri Nəsimi Ağayevin və Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayevin icma ilə görüşü keçirilib.

Görüşdə səfir Nəsimi Ağayev, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Almaniya-Azərbaycan Mədəniyyət Evinin həmsədri Altay Rüstəmli, Almaniya Azərbaycanlıları Alyansının sədri Nuran Abdullayev çıxış edib.

Nəsimi Ağayev icma ilə münasibətlərin, birgə tədbirlərin önəmindən, Almaniyada son illərdə görülən işlərdən, eyni zamanda Almaniyada erməni tərəfinin başladığı bəzi tədbirlərdən və onlara qarşı dövlət, həmçinin İcma tərəfindən olan reaksiyalardan danışıb.

Əkrəm Abdullayev diasporun son illərdə inkişafından, fəaliyyətindən, Azərbaycan Diasporuna Dəstək Fondunun Almaniyada yaşayan Azərbaycan icması üçün gördüyü işlərdən bəhs edib. Həftəsonu ana dili və musiqi kursları üçün buraxılmış Azərbaycan dili və musiqisi kitabları Azərbaycan evinə hədiyyə edilib, azərbaycanlı tələbələrə “Qarabağ”ın “Bayer”lə (Leverkuzen) oyununa biletlər təqdim olunub.

Komitə sədrinin görüş iştirakçılarına salamlarını və Novruz bayramı münasibətilə təbriklərini çatdıran Nuran Abdullayev Şuşada keçirilmiş Zəfər qurultayında Prezident İlham Əliyevin proqram xarakterli nitqini vurğulayaraq diaspor qarşısında yeni prioritet məqsədlərin yarandığını bildirib. O, Alyansın Almaniyada gördüyü işlər, Səfirlik və Alyansın, ümumiyyətlə diasporumuzun birgə fəaliyyəti, Azərbaycan əleyhinə aparılan kampaniyalara qarşı atılan addımlar haqqında məlumat verib.

Tədbir daha sonra iştirakçıların sual-cavabı ilə davam edib.

 

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/almaniyanin-koln-seherinde-azerbaycan-icmasi-ile-gorus-4396

REKLAM ALANI