Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Eskişehir °C

Birləşmiş Krallıq hökuməti Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının məktubunu cavablandırıb

Birləşmiş Krallıq hökuməti Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının məktubunu cavablandırıb
REKLAM ALANI
24.07.2023
A+
A-

 

 

 

Birləşmiş Krallıq hökuməti Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının məktubunu cavablandırıb
24 iyul, 2023

 

 

 

Birləşmiş Krallıq hökuməti Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının məktubunu cavablandırıb
Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının ölkəmizin sərhədində Ermənistanın ekoloji durumu gərginləşdirmək cəhdi ilə bağlı 15 iyun 2023-cü il tarixli məktubuna Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik və İnkişaf Nazirliyinin məktublar şöbəsi cavab verib.

 

 

 

 

Cavab məktubunda bildirilib ki, Birləşmiş Krallıq hökuməti ətraf mühitin keyfiyyətinin ən yüksək standartlarına sadiqdir. “Biz iqlimin dəyişməsi üzrə BMT konfransında (COP26) və G7-də sədrliyimiz də daxil olmaqla, bu sahədə fəal liderlik vasitəsilə digər ölkələri də eyni cür hərəkət etməyə çağırırıq”.

 

 

 

 

 

Nəzərə çatdırılıb ki, Birləşmiş Krallıq hökuməti BMT-nin İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Avropa Konvensiyasını (Espo Konvensiyası) dəstəkləyir, bu Konvensiyanın təfsiri və ya tətbiqi ilə bağlı iki tərəf arasında mübahisələrin həlli mexanizmini təmin edir.

 

 

 

 

Britaniya tərəfinin ekoloji standartlarla bağlı Azərbaycan və Ermənistanla fəal dialoq apardığı vurğulanıb: “Regional iqlim səfirimiz Deyvid Moran ötən ilin sonunda Ermənistana səfəri zamanı bunun vacibliyini vurğulayıb və Böyük Britaniya müvafiq olaraq Azərbaycanın Enerji Nazirliyi və Ətraf Mühit və Təbii Sərvətlər Nazirliyi ilə təmiz enerjiyə keçid və iqlim dəyişikliyinə dair Anlaşma Memorandumları imzalayıb”.

 

 

 

 

 

Azərbaycandakı “Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq” (İDEA) İctimai Birliyi kimi QHT-lərlə tərəfdaşlıqda həyata keçirilən “Ot kökləri” layihəsinin də dəstəkləndiyi bildirilib. Bu layihə çərçivəsində məktəblilərin icma səviyyəsində iqlim dəyişikliyi və ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlər görməyə ruhlandırılması təşəbbüslərinin müdafiə olunduğu vurğulanıb.

 

 

 

 

“Biz tarixi sülh razılaşmasına nail olmaq üçün lazım olan impulsu stimullaşdırmaq və gərginliyi azaltmaq məqsədilə geniş spektrli məsələlər üzrə hər iki hökumətlə işləməyə davam edirik”, – deyə sonda əlavə edilib.

 

 

 

 

 

Xatırladaq ki, Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının adından yerli ictimaiyyətə və beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə – Yerasx (Arazdəyən) kəndində Ermənistanın 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodu tikməsinə sərt etiraz bildirilmişdi.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/birlesmis-kralliq-hokumeti-britaniya-azerbaycanlilari-koordinasiya-surasinin-mektubunu-cavablandirib-3272

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.