Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Eskişehir °C

Daşkənd şəhərində “Şuşa Günləri”nin açılış mərasimi olub

Daşkənd şəhərində “Şuşa Günləri”nin açılış mərasimi olub
REKLAM ALANI
13.04.2023
A+
A-

 

 

 

Daşkənd şəhərində “Şuşa Günləri”nin açılış mərasimi olub
, 2023
Daşkənd şəhərində “Şuşa Günləri”nin açılış mərasimi olub

Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Şuşa Günləri” layihəsinin rəsmi açılış mərasimi keçirilib.

 

 

 

Şuşa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi çərçivəsində baş tutan tədbir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə layihəsi əsasında gerçəkləşdirilib. Mərasimdə Özbəkistanın hökumət rəsmiləri, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Özbəkistanın “Meros” Assosiasiyasının nümayəndələri, türk dövlətlərinin səfirləri, yerli ictimaiyyətin tanınmış şəxsləri və media mənsubları iştirak ediblər.

Öncə müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin mərkəzin önündəki büstü, eləcə də “Şəhidlər və Zəfər” abidə kompleksi ziyarət edilib. Abidələrin önünə çələng və gül-çiçəklər düzülüb.

Tədbir iştirakçılarını salamlayan mərkəzin direktoru Samir Abbasov bildirib ki, Özbəkistanda ilk dəfə keçirilən “Şuşa Günləri” layihəsi hər iki ölkənin mədəni həyatında mühüm hadisədir. Şuşanın Azərbaycan mədəniyyəti, musiqisi və poeziyasında müstəsna rolu, 44 günlük Vətən müharibəsi nəticəsində erməni işğalından qurtulduğu, Prezident İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin paytaxtı elan edildiyi, TURKSOY təşkilatı tərəfindən 2023-cü il üzrə türk dünyasının mədəniyyət paytaxtı elan olunması haqqında qərar verildiyi, Şuşanın yalnız Azərbaycanın deyil, bütün türk dünyasının mədəniyyət paytaxtına çevrildiyi nəzərə çatdırılıb.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Mehmet Sureyya Er və “Meros” Assosiasiyasının direktoru Baxodir Abdukarımov çıxış ediblər.

Natiqlər bu il 100 illiyi qeyd olunan türk dünyasının böyük oğlu Heydər Əliyevin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzində “Şuşa Günləri”nin açılış mərasiminin keçirilməsini böyük hadisə kimi dəyərləndiriblər. Azərbaycan dövləti və xalqı üçün xüsusi yerə malik olan Şuşada aparılan bərpa-quruculuq işlərinin və orada keçirilən beynəlxalq tədbirlərin hər bir azərbaycanlıda qürur hissi doğurduğunu vurğulayıblar.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən dünyanın müxtəlif ölkələrində “Şuşa Günləri”nin keçirilməsinin nəzərdə tutulduğu, ilk tədbirin Bursada gerçəkləşdirildiyi, bu il isə birinci tədbirin Özbəkistanda keçirildiyi diqqətə çatdırılıb. “Şuşa Günləri”nin keçirilməsi ortaq soykökə, dəyərlərə, ənənələrə malik xalqlarımızın mədəniyyətinin qovuşması, Şuşanın əməkdaşlıq məkanına çevrilməsi və türk dünyasında yeni bir dövrün başlanması kimi qiymətləndirilib.

 

 

 

Son illər Özbəkistan və Azərbaycan arasında siyasi əlaqələrin daha da inkişaf etdiyi məmnunluqla vurğulanıb, iki ölkə arasında yüksək səviyyəli mədəni əlaqələrin genişləndiyinə diqqət cəlb edilib. Azərbaycanın ürəyi və türk dünyasının fəxr mənbəyi olan Şuşanın Özbəkistanın Xivə şəhəri ilə qardaşlaşdığını xatırladan natiqlər “Şuşanın Günləri” layihəsinin türk dövlətləri arasında həmrəyliyin və əməkdaşlığın inkişafına xidmət edəcəyinə əminliklərini vurğulayıblar.

Sonra şairə Xurşidbanu Natəvan haqqında sənədli film nümayiş etdirilib.

Tədbirin bədii hissəsində Özbəkistanın xalq artisti, “Yalla” Ansamblının bədii rəhbəri Fərrux Zakirov, azərbaycanlı musiqiçilər Nisbət Sərdayeva, Rüstəm Müslümov, Elnur Salahovdan ibarət muğam triosu, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı və məşhur “Özbəgim yoshlari” musiqili rəqs qrupu çıxış ediblər. Konsert proqramında Azərbaycan və özbək mahnıları, muğamlar səsləndirilib, milli rəqslər nümayiş etdirilib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun adından rəsmi şəxslərə və təşkilatçılara xatirə hədiyyələri təqdim edilib. Tədbir çərçivəsində “Azad və çiçəklənən Şuşa” adlı foto və nəşr sərgisi təşkil olunub.

Qeyd edək ki, “Şuşa Günləri” layihəsi çərçivəsində Özbəkistanda beynəlxalq konfranslar, kitab təqdimatı, foto və nəşrlərdən ibarət sərgi, Qarabağa aid milli geyimlərin dəb nümayişi, ədəbi-bədii gecələr və konsertlərin təşkili nəzərdə tutulub.

FOTO QALEREYA

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/daskend-seherinde-susa-gunleri-nin-acilis-merasimi-olub-2767

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.