Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Eskişehir °C

Dövlət Komitəsində Almaniya və İtaliyada çalışan bir qrup azərbaycanlı həkimlə görüş olub

Dövlət Komitəsində Almaniya və İtaliyada çalışan bir qrup azərbaycanlı həkimlə görüş olub
REKLAM ALANI
26.06.2023
A+
A-

Dövlət Komitəsində Almaniya və İtaliyada çalışan bir qrup azərbaycanlı həkimlə görüş olub
, 2023

 

 

 

Dövlət Komitəsində Almaniya və İtaliyada çalışan bir qrup azərbaycanlı həkimlə görüş olub

 

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsində paytaxt Almaniya və İtaliyada çalışan bir qrup azərbaycanlı həkimlə görüş keçirilib.

 

 

 

 

Görüş iştirakçılarını salamlayan Komitə sədrinin müavini Elşad Əliyev dövlətimizin diaspor siyasəti, diaspor quruculuğunda həyata keçirilən fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Xarici ölkələrdə yaşayan alimlərimiz, tibb sahəsi üzrə ixtisaslaşmış soydaşlarımızla əlaqədar Komitənin həyata keçirdiyi layihələrə diqqəti cəlb edib. Ötən ilin mart ayında Köln şəhərində Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə keçirilən “Almaniyadakı Azərbaycanlı Həkimlərin Forumu”nun xaricdə yaşayan həkim soydaşlarımız tərəfindən razılıqla qarşılandığı, bu istiqamətdə fəaliyyətin daha güclü və geniş formatda davam etdiriləcəyini vurğulayıb.

 

 

 

Sonra Almaniyanın Celle şəhər xəstəxanasının şöbə müdiri Fuad Mahmudlu, “Bad Salzungen” xəstəxanasında qulaq, burun-boğaz xəstəlikləri, baş, boyun və üz plastik cərrahiyyə klinikasının şöbə müdiri Cavid Hüseynzadə, “Lidwigsburg” kilinikasının neyroradioloqu Pərvin Cəfərov, “Hochsauerland” klinikasının terapevt-qastroenteroloqu Ceyhun Sanıyev və İtaliyadakı İRCCS San Donato poliklinikasının kardioloqu Məlakə Məmmədova çıxış ediblər.

 

 

 

 

 

Qonaqlar öz peşəkar fəaliyyətlərindən danışmaqla yanaşı, yaşadıqları şəhərlərdəki diaspor sahəsində görülən işlərə də münasibətlərini bildiriblər.

 

 

 

 

Görüş maraqlı fikir mübadiləsi, təkliflərin səsləndirilməsi və sualların cavablandırılması ilə yekunlaşıb.

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/dovlet-komitesinde-almaniya-ve-italiyada-calisan-bir-qrup-azerbaycanli-hekimle-gorus-olub-3165

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.