Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Eskişehir °C

Nazir Ceyhun Bayramovun Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq ilə görüşünə dair mətbuat məlumatı

Nazir Ceyhun Bayramovun Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq ilə görüşünə dair mətbuat məlumatı
REKLAM ALANI
04.02.2024
A+
A-

 

 

 

No:039/24, Nazir Ceyhun Bayramovun Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq ilə görüşünə dair mətbuat məlumatı

 

 

1 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

 

 

Görüşdə Azərbaycan və Parlamentlərarası İttifaq arasında mövcud əməkdaşlığın inkişaf perspektivləri, habelə regiondakı cari vəziyyət müzakirə edilib.

 

 

 

Nazir Ceyhun Bayramov müxtəlif ölkələrin parlamentləri arasında şəbəkələşmə, fikir mübadiləsi və təmasların qurulmasına töhfə verməsi baxımından Parlamentlərarası İttifaqın mühüm mandata sahib olmasını qeyd edərək, ölkəmizin də İttifaqın fəaliyyətində aktiv iştirak etdiyini bildirib. Parlamentlərarası İttifaq ilə ölkəmizin Qoşulmama Hərəkatına (QH) sədrliyi dövründə əsası qoyulmuş QH Parlament Şəbəkəsi arasında əməkdaşlığın geniş perspektivlərinin olduğu, bu istiqamətdə İttifaqın cari ilin mart ayında Cenevrədə keçiriləcək 148-ci Assambleyasının əməkdaşlıq imkanlarının müzakirəsi baxımından faydalı olacağı qeyd edilib.

 

 

Ölkəmizin 2024-cü ildə BMT sisteminin ən irimiqyaslı tədbiri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini qeyd edən nazir Ceyhun Bayramov, bu istiqamətdə görülən hazırlıq işləri ilə bağlı ətraflı məlumat verib, Parlamentlərarası İttifaqın tədbirdə yaxından iştirak edəcəyinə ümidvarlıq ifadə olunub.

 

 

 

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, ölkəmizin işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi bərpa və yenidənqurma işləri, habelə sülh təşəbbüsləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, ötən il Qarabağ bölgəsində aparılan lokal antiterror tədbirlərindən sonra BMT və bir sıra digər beynəlxalq təşkilatların nümayəndələrinin 30 ildən sonra ilk dəfə bölgəyə səfərinin təşkil olunduğunu bildirib. Ölkəmizin sərgilədiyi bu mövqeyə baxmayaraq, işğal və münaqişə dövründə fəaliyyətsizlik nümayiş etdirən bir sıra beynəlxalq təşkilatların hazırkı normallaşma gündəliyinə xələl gətirdiyi qeyd olunub. Avropa Şurası Parlament Assambleyası tərəfindən ölkəmizə qarşı atılan son addımın da bu qəbildən olan ikili standartların növbəti nümayişi kimi qiymətləndirdiyimiz diqqətə çatdırılıb.

 

 

 

Baş katib Martin Çunqonq ölkəmizə növbəti səfərindən məmnunluq ifadə edərək, Parlamentlərarası İttifaqın Azərbaycanla əməkdaşlığın daha da inkişafında maraqlı olduğunu bildirib. Cari ildə COP29-a ev sahibliyi edəcək Azərbaycanın uğurlu sədrliyinə inamını qeyd edən baş katib, sözügedən tədbirin təşkilatçılığı ilə bağlı öncəki sədrliklərlə yaxın təmasların qurulmasının Azərbaycanın görülən işlərə münasibətdə sistematik yanaşmanı nümayiş etdirdiyini bildirib.

 

 

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

 

Paylaş

BÜTÜN XƏBƏRLƏR

kaynak:https://www.mfa.gov.az/az/news/no03924

 

 

 

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.