Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Eskişehir °C

V Yay Düşərgəsində azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən danışılıb

V Yay Düşərgəsində azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən danışılıb
REKLAM ALANI
08.08.2024
A+
A-

V Yay Düşərgəsində azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən danışılıb

2024

V Yay Düşərgəsində azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən danışılıb

 

https://x.com/DiasporaAz/status/1820816937565212801

 

 

“Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsində növbəti panel müzakirə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa quruculuq işlərinə həsr olunub.

 

https://x.com/DiasporaAz/status/1820816937565212801

 

 

Panel Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyevin moderatorluğu, Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimovun, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevin, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin rəsmisi Hüseyn Quliyevin iştirakı ilə keçirilib.

Əsas müzakirə mövzuları “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında son 4 il ərzində görülmüş işlər” və “İşğal müddətində erməni terroru nəticəsində maddi obyektlərə, tarixi abidələrə dəyən zərərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporunun rolu” olub.

Çıxışçılar əvvəlcə 30 ilə yaxın davam edən işğal müddətində törədilən erməni vandalizmi, azad edilmiş ərazilərdə reinteqrasiya tədbirləri, tarixi və mədəniyyət abidələrinin bərpası, sosial infrastrukturun tikintisi, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı barədə düşərgə iştirakçılarına məlumat veriblər. Diqqətə çatdırılıb ki, hazırda işğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasını təmin etmək məqsədilə Böyük Qayıdışa dair I Dövlət Proqramı təsdiq olunub. Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır.

 

https://x.com/DiasporaAz/status/1820816937565212801

 

 

Həmçinin qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2020-ci ilin noyabrında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı yaradılıb və bu işlərin daha sürətli şəkildə həyata keçirilməsinə xidmət edir.

Bununla yanaşı, paneldə 2021-ci ilin yanvar ayında işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmış Qarabağ Dirçəliş Fondunun fəaliyyətindən də söhbət açılıb.

Tədbir işğal müddətində erməni terroru nəticəsində maddi obyektlərə, tarixi abidələrə dəyən zərərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporunun rolu və digər mövzularda müzakirələrlə davam edib. Sonda Qarabağda icrası davam edən bərpa-quruculuq işləri ilə bağlı videoçarx nümayiş olunub.

Foto qalereya

 

 

 

 

 

 

 

 

https://x.com/DiasporaAz/status/1820816937565212801

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər

kaynak:https://diaspor.gov.az/az/news-detail/v-yay-dusergesinde-azad-edilmis-erazilerde-aparilan-berpa-quruculuq-islerinden-danisilib-4979

 

 

https://x.com/DiasporaAz/status/1820816937565212801

, , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.